AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

AZAL-ın futbolçusu Luis Ramos "Neftçi" ilə oyunun 82-ci, "Bakı"nın futbolçusu Elşad Manafov "Qəbələ" ilə matçın 90-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Hər iki futbolçu 1 oyun cəzalandırılıb, klubları 200 manat cərimələnib.

"Simurq" "Xəzər Lənkəran"la oyunda 5, "Qəbələ" "Bakı" ilə görüşdə 4 futbolçusu sarı vərəqə aldığından cərimələnib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər