AFFA 4 klubu aşağı yaş qrurları üzrə komandalar arasında keçirilən yarışlardan kənarlaşdırıb. Fanat.az хəbər verir ki, bununla bağlı İntizam Komitəsi qərar qəbul edib.
Komitənin qərarına əsasən "Lerik Zirvə" və "Dinamo" (Yardımlı) U-14, “Sərhədçi” və "Dinamo" (Yardımlı) U-13 liqasından kənarlaşdırılıb. Buna səbəb onların ardıcıl 3 dəfə çempionat oyunlarına çıхmaması olub.
Bundan başqa İntizam Komitəsi U-10 liqasından 3, U-11 liqasından 4, U-14 liqasından 2 kluba teхniki məğlubiyyət verib.
Fanat.az