AFFA 3000 manat qazandı

AFFA 3000 manat qazandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqasının və əvəzedici heyətlərin çempionatının XVI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Neftçi" və "Rəvan" 1000 manat cərimə olunub. Buna səbəb həmin klubların son Premyer Liqa oyununda 4 futbolçusunun sarı vərəqə alması olub.
"Qəbələ" və "Neftçi"nin əvəzedici heyətləri 500 manat cərimələnib. "Qəbələ"nin 4, "Neftçi"nin 5 futbolçusu sarı vərəqə aldığından klublar ziyana düşüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər