AFFA-nın aşağı yaş liqalarında keçirilən oyunlarda qayda pozuntularına görə 3 komandanı 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırıb.
Fanat.Az xəbər verir ki, qərar qurumun İntizam Komitəsinin son iclasında qəbul olunub.
U-14 Liqasında oktyabrın 4-də keçirilən "Hilal Ağsu" – "Şamaxı" matçında meydan sahibləri Əsasnamənin tələblərini pozaraq ehtiyat heyətə 9 futbolçu əlavə etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni liqada oktyabrın 3-də keçirilməsi nəzərdə tutulan "Səbail" – "Zəfər" qarşılaşması "Səbail"in oyun protokolunu doldurmaması və ev sahibi kimi öhdəliklərini yerinə yetirməməsi səbəbindən matç baş tutmadığına görə bu kollektivə də texniki məğlubiyyət verilib.
U-13 Liqasında isə oktyabrın 4-də nəzərdə tutulan "Polad" – "Sumqayıt City" matçına "Polad" komandası təyin olunmuş vaxtda gəlmədiyinə görə texniki məğlubiyyətlə üzləşib.