AFFA 3 klubu Avropaya buraxmadı

AFFA 3 klubu Avropaya buraxmadı
Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun (AZAL, "Bakı", "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci", “Rəvan”, “Simurq” ) sənədlərinə baxılıb.
 
AFFA-nın Lisenziyalaşdırma Komissiyası “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”n 9-cu maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakı qərarları qəbul edib: 
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: 
AZAL, "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci".
 
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
"Bakı", “Rəvan”, “Simurq”.
 
Həmçinin iclasda 2014/15 mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən 8 klubun ("Ağsu", “Araz Naxçıvan”, “Kəpəz”, "Qaradağ Lökbatan", “Neftçala”, “Sumqayıt”, “Şuşa”, “Turan-T”) sənədlərinə ilkin baxış keçirilib və qərara alınıb:
 
1. Lisenziya iddiaçısı olan klublara 2014/15 mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərarın çıxarılması üçün əlavə sənədlərin araşdırılması tələb olunduğuna görə həmin qərarlar növbəti iclasda qəbul olunsun.
 
2. Müvafiq klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna 14.05.2014-cü il tarixinədək təqdim etməlidi ki, Lisenziya Komissiyası tərəfindən araşdırılıb müvafiq qərarlar qəbul olunsun.
 
3. 2014/15 mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klublara ("Ağsu", “Araz Naxçıvan”, “Bakı”, "Kəpəz”, "Qaradağ Lökbatan", “Neftçala”, “Rəvan”, “Sumqayıt”, “Simurq”, “Şuşa”, “Turan-T”) lisenziyaların verilib-verilməməsi ilə bağlı qərarlar Lisenziya Komissiyasının 15.05.2014-cü il tarixdə keçiriləcək iclasında qəbul olunsun.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər