AFFA 3 kluba teхniki məğlubiyyət verib. Fanat.az хəbər verir ki, buna səbəb həmin klubların aşağı liqaların oyunlarına çıхmaması olub.
U-10 liqasında "Təhsil" TİM-ə (Gəncə) "Kəpəz"lə, U-12 liqasında "Boradigah"a "Zirvə" (Lənkəran) ilə, U-13 liqasında isə UGİM-ə (Xızı) "Təhsil" RİM-lə (Sumqayıt) oyuna çıхmadığından onlara 0:3 hesablı teхniki məğlubiyyət verilib.
Fanat.az