AFFA 21 yaşlı futbolçuya milli pasport verilməsi üçün müraciət etdi

AFFA 21 yaşlı futbolçuya milli pasport verilməsi üçün müraciət etdi

AFFA ölkə xaricində olan daha bir futbolçunun millidə oynaması üçün ona Azərbaycan pasportu verilməsinə nail olmağa çalışır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Estoniya "Levadiya"sının 21 yaşlı cinah yarımmüdafiəçisi Murad Vəliyevdir.

Futbol qurumu hər iki valideyni azərbaycanlı olan Muradla bağlı Gənclər və İdman Nazirliyinə müraciət edib və hazırda cavab gözləyir. 

AFFA 21 yaşlı futbolçuya milli pasport verilməsi üçün müraciət etdiAFFA 21 yaşlı futbolçuya milli pasport verilməsi üçün müraciət etdi

Qeyd edək ki, Murad qeyri-rəsmi qarşılaşmalarda Azərbaycanın aşağı yaş qrupu üzrə komandalarında oynasa da, vətəndaşlığı olmadığına görə rəsmi debütünü reallaşdıra bilmir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər