AFFA 2 klubu cərimələdi

AFFA 2 klubu cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIII turunun 2 oyununda baş verən neqativ hallara hüquqi qiymət verilib.

“Sabah”la görüşdə 5 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib.

“Sumqayıt” – “Turan Tovuz” matçında meydançaya kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimə olunub.

“Sumqayıt”ın fasilədən sonra meydançaya gec daxil olması səbəbindən ikinci hissə 4 dəqiqə gec başlayıb. Bu, “gənclik şəhəri” təmsilçisinin daha 1500 manat cərimə edilməsinə səbəb olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər