AFFA 18 milyonu hara xərcləyib?

AFFA 18 milyonu hara xərcləyib?

AFFA-nın ötən il üçün maliyyə hesabatı açıqlanıb. Fanat.az xəbər verir ki, bu barədə qurumun bu gün keçirilən Hesabat-Seçki konfransında məlumat verilib.

AFFA-nın ümumi gəliri 22 milyon 126 min 244 manat olub. Bu vəsaitin 12 milyon 900 min manatı baş sponsor SOCAR-dan gəlib. 

AFFA-nın gəlirləri belə olub:

SOCAR - 12.900.000 manat 

FIFA - 839.088 manat

UEFA - 2.327.226 manat

A milli komandanın yayım hüququ - 2.331.488 manat

AzərİdmanServis - 1.796.516 manat

Bakcell - 953.873 manat

AccessBank - 388.570 manat

Coca Cola - 177.667 manat

PAŞA Sığorta - 59.000 manat

Digərləri - 352.816 manat

AFFA-nın xərcləri  18 milyon 249 min 900 manat olub. Ən çox pul milli komandalara sərf edilib. Yığmalara ümumilikdə 7 milyon 326 min 217 manat xərclənib:

AFFA-nın gəlirləri belə olub:

  

Milli yığma komandalara xərclənən vəsait - 7 326 217

Əmək haqqı və ezamiyyət xərcləri - 2 916 389

Uşaq və Gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, turnirlərin keçirilməsi xərcləri - 1 714 885

DSMF - 627 179

Aviabilet və Hotel xərcləri - 340 988

“Futbol Bakcell ilə” layihəsi – 70 043

"Cross Culture" layihəsi - 51 138

Marketinq və reklamlar departamenti - 263 077

Tədris - 144 150

Nəqliyyat xərcəri - 229 551

Daşınmaz əmlak icarə haqqı - 199 894

Təsərrüfat xərcləri - 521 402

Hakimlər və Hakim inspektorlar - 1 861 174

Kommunal və Rabitə xərcləri - 215 780

"Futbol dünyası" qəzeti - 146 897

"Elit Məşq" layihəsi - 275 782

Digər xərclər - 426 017

Oyunların təşkili - 919 337

Cəmi - 18 249 900 manat

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər