AÇ: Daha beş yunan-Roma güləşçimiz mübarizəyə qoşulur

AÇ: Daha beş yunan-Roma güləşçimiz mübarizəyə qoşulur

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın altıncı günündə yunan-Roma güləşi üzrə daha beş çəkidə mübarizəyə start veriləcək. Onların arasında daha əvvəl dünya və 3 dəfə Avropa çempionu olmuş Rafiq Hüseynov da var.

60 kq. Nihat Məmmədli - Edmond Nazaryan (Bolqarıstan) 67 kq. Həsrət Cəfərov - Pedro De Morais (Portuqaliya) 72 kq. Ülvi Qənizadə - Andrey Kulik (Ukrayna) 82 kq. Rafiq Hüseynov - Mark Veber (İsveçrə) 97 kq. Arif Niftullayev - Artur Omarov (Çexiya)

Bu gün həmçinin üç "klassik"imiz final görüşünə çıxacaq. Bir təmsilçimiz isə bürünc mükafat uğrunda təsəlliverici qarşılaşmaya qatılacaq.

55 kq. Final. Eldəniz Əzizli - Adem Uzun (Türkiyə) 63 kq. Final. Taleh Məmmədov - Leri Abuladze (Gürcüstan) 130 kq. Final. Sabah Şəriəti - Rıza Kayaalp (Türkiyə) 87 kq. Təsəlliverici görüş. İslam Abbasov - Marsel Sterkenburq (Niderland)

Güləşçilərimizin hesabında ümumilikdə 8 (3 qızıl, 3 gümüş, 2 bürünc) mükafat var. Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (70 kq) və Mariya Stadnik (50 kq) çempion olub, gümüş mükafatları Osman Nurmaqomedov, Maqomedxan Maqomedov (97 kq) və Jalə Əliyeva (57 kq), "bürünc"ləri isə Abubakr Abakarov (86 kq) və Giorgi Meşvildişvili (125 kq) əldə edib. Yarışa aprelin 23-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər