ABŞ komandası rus pilotu ilə müqaviləni pozdu

ABŞ komandası rus pilotu ilə müqaviləni pozdu

"Formula 1"də çıxış edən ABŞ-ın "Haas" komandası rusiyalı pilot Nikita Mazepinlə müqaviləni pozub.

Fanat.Az xəbər verir ki, bu barədə Amerika təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

"Haas" eyni addımı titul sponsoru olan Rusiyanın "Uralkaliy" şirkətinə qarşı da atıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbilə Beynəlxalq Avtomobil Federasiyası (FIA) isə Rusiya və Belarusdan olan pilotlarını buraxmaqdan imtina edən federasiyalara qarşı bir sıra sanksiya tədbirləri qoyacağına dair sirkulyar yayıb. Bu qərarı bütün üzvlərin yerinə yetirmələrinin məcburi olduğu vurğulanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər