ABL: "Sumqayıt" "Sərhədçi"yə, "Gəncə" "Şəki"yə qarşı

ABL: "Sumqayıt" "Sərhədçi"yə, "Gəncə" "Şəki"yə qarşı

Azərbaycan Basketbol Liqasında 5-ci turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, dünən bir oyunla start götürən turun ikinci günündə daha iki qarşılaşma baş tutacaq. 

“Sumqayıt” doğma meydanda “Sərhədçi”ni, “Gəncə” isə “Şəki”ni sınağa çəkəcək. Hər iki qarşılaşma eyni vaxtda başlayacaq.

Qeyd edək ki, turun dünən keçirilən açılış oyununda B qrupunun lideri "Ordu" "Lənkəran"ı səfərdə 91:76 hesabı ilə üstələyib.

Azərbaycan Basketbol Liqası 5-ci tur 31 oktyabr

19:00. "Sumqayıt" - "Sərhədçi" Sumqayıt. Olimpiya İdman Kompleksinin stadionu.

19:00. "Gəncə" - "Şəki" Gəncə. Olimpiya İdman Kompleksinin stadionu.

Turun qalan oyunları həftəsonu keçiriləcək:

1 noyabr

14:00. "Naxçıvan" - "Quba" Bakı. İdman Sarayı.

18:00. NTD - "Neftçi" Bakı. İdman Sarayı.

2 noyabr

18:00. "Abşeron Lions" - "Sabah" Bakı. İdman Sarayı.

A qrupu

1. Sabah 4 4 0 +117 8 2. Abşeron Lions 4 4 0 +36 8 3. Şəki 4 1 3 -47 5 4. Neftçi 3 1 2 +8 4 5. Gəncə 3 1 2 -16 4 6. NTD 4 0 4 -98 4

B qrupu

1. Ordu 5 5 0 +100 10 2. Naxçıvan 4 3 1 +20 7 3. Quba 4 2 2 -11 6 4. Lənkəran 5 2 3 -12 6 5. Sərhədçi 4 1 3 -27 5 6. Sumqayıt 4 0 4 -70 4

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər