Azərbaycan Basketbol Liqasının 9-cu turu davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Turun ikinci günündə əvvəlcə B qrupunda yer alan "Sumqayıt"la "Ordu" münasibətlərinə aydınlıq gətirəcəklər. Daha sonra isə A qrupunda NTD ilə "Şəki" qarşılaşacaq.
ABL 9-cu tur
19:00. "Sumqayıt" – "Ordu" Sumqayıt. Olimpiya İdman Kompleksi.
20:00. NTD – Şəki Bakı. “Sərhədçi” İdman Kompleksi.
Tura 14 dekabrda yekun vurulacaq:
16:00. "Abşeron Lions" – "Neftçi" Bakı. "Sərhədçi" İdman Kompleksi.
Qeyd edək ki, "Sabah" ilə "Gəncə" arasında keçiriləcək oyun qeyri-müəyyən müddətə təxirə salınıb.
Turun açılış oyunlarının nəticələri: "Lənkəran" – "Quba" 87:95, "Naxçıvan" – "Sərhədçi" 90:74.
A Qrupu
1. Sabah 8 8 0 +194 16 2. Abşeron Lions 8 7 1 +79 15 3. Gəncə 8 4 4 -28 12 4. Neftçi 7 2 5 +21 9 5. Şəki 7 2 5 -90 9 6. NTD 8 0 8 -176 8
B qrupu
1. Ordu 8 8 0 +175 16 2. Naxçıvan 9 7 2 +44 16 3. Quba 9 4 5 -13 13 4. Lənkəran 9 3 6 -26 12 5. Sərhədçi 9 2 7 -84 11 6. Sumqayıt 8 2 6 -96 10