ABL: "Sabah" "Şəki"yə, "Sumqayıt" "Quba"ya qarşı

ABL: "Sabah" "Şəki"yə, "Sumqayıt" "Quba"ya qarşı

Azərbaycan Basketbol Liqasının III turunda bu gün növbəti görüşlər keçiriləcək.

Fanat.Az xəbər verir ki, günün ilk matçında "Sabah" "Şəki" ilə üz-üzə gələcək.

Qarşılaşmaya saat 14:30-da start verləcək. "Sabah" 4 xalla A qrupunun lideridir. 2 xala malik "Şəki" isə 5-ci yerdə qərarlaşıb.

Günün son matçında "Sumqayıt" "Quba" ilə görüşəcək. Bu matç isə saat 16:30-da başlayacaq. "Quba" B qrupunda 3 xalla 4-cü pillədə yer alıb. 2 xala malik "Sumqayıt" sonuncu - 6-cı yerdədir.

Hər iki görüş Bakı İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "Naxçıvan" "Lənkəran"ı (91:82), "Ordu" isə "Sərhədçi"ni (85:73) üstələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər