ABL: "Sabah" "Gəncə"ni səfərdə məğlub etdi

ABL: "Sabah" "Gəncə"ni səfərdə məğlub etdi

Azərbaycan Basketbol Liqasında XIX turun daha bir oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, günün ilk matçında "Gəncə" "Sabah"ı qəbul edib.

Gəncə İdman Sarayında reallaşan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 87:73.

Günün ikinci görüşündə "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gələcək.

Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88) məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər