ABL: "Ordu" "Quba"nı, "Gəncə" "Sumqayıt"ı yendi

ABL: "Ordu" "Quba"nı, "Gəncə" "Sumqayıt"ı yendi

Azərbaycan Basketbol Liqasında 15-ci turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş reallaşıb. 

“Ordu” “Quba”ya qalib gəlib. B qrupunda baş tutan oyunda Alberto Blankonun rəhbərlik etdiyi komanda 103:68 hesablı qələbəyə sevinib.

“Gəncə” isə “Sumqayıt” səfərində qələbə qazanıb. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən B qrupunun oyununda qərb təmsilçisi 90:81 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun ötən gün baş tutan “Neftçi” – “Abşeron” matçı birincilərin 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər