Azərbaycan Basketbol Liqasında XX tur çərçivəsində bu gün daha bir oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, günün yeganə matçında "Neftçi" ilə NTD üz-üzə gələcək.
Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Turun əvvəlki görüşlərinin nəticələri belə olub: Sərhədçi - Sumqayıt 93:89, Ordu - Lənkəran 107:65, Quba - Naxçıvan 96:103, Şəki - Gəncə 73:84.
ABL XX tur 30 mart
19:00. "Neftçi" - NTD Bakı. İdman Sarayı.
Tura sabah yekun vurulacaq:
31 mart
19:00. Sabah - Abşeron Lions Bakı. İdman Sarayı.
A qrupu
1. Sabah 19 18 1 +438 37 2. Abşeron Lions 19 17 2 +183 36 3. Gəncə 20 9 11 -36 29 4. Neftçi 19 9 10 +12 28 5. NTD 19 3 16 -289 22 6. Şəki 20 2 18 -308 22
B qrupu
1. Ordu 20 18 2 +362 38 2. Naxçıvan 20 16 4 +153 36 3. Sərhədçi 20 8 12 -84 28 4. Sumqayıt 20 7 13 -132 27 5. Quba 20 7 13 -62 27 6. Lənkəran 20 4 16 -251 24