Abbas Hüseynov "İnter"in tarixinə düşdü

Abbas Hüseynov "İnter"in tarixinə düşdü
Premyer Liqanın “Qarabağ” - “İnter” matçının 59-cu dəqiqəsində qonaq komandanın heyətində meydançaya gənc müdafiəçi Abbas Hüseynov çıxmışdı. Fanat.az xəbər verir ki, 18 yaşlı futbolçunun əsas komandanın heyətində ilk debüt oyunu olub.
Bundan başqa, Hüseynov cari çempionatda "İnter"in meydançaya çıxmış sayca 31-ci futbolçusudu. Həmçinin müdafiəçi cari mövsümdə komandanın ən gənc oyunçusu kimi də yadda qalacaq.
Qeyd edək ki, cari mövsümdə “İnter”in heyətində ən çox oyun keçirən futbolçular Vaqif Cavadov və Aleksandr İaşvilidi - 32 oyun. Meydançada ən çox top qovan futbolçu isə konqolu Bryüs Abdulayedi - 2678 dəqiqə.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər