"İnter" Abdulla Abatsiyevlə yenidən razılığa gəlib. Fanat.az xəbər verir ki, klubla gənc yarımmüdafiəçi arasında birillik yeni müqavilə imzalanıb. Abatsiyev 88 nömrəli formada çıxış edəcək.
2011-2012-ci illərdə "Sumqayıt"da çıхış etmiş Abdula Abatsiyev 2012-ci ildə Vladikavkaz "Alaniya"sından "İnter"ə transfer olunmuşdu. 22 yaşlı yarımmüdafiəçi 3 mövsümdə Bakı klubunun heyətində 68 oyuna çıхaraq 5 qol vurub. U-19 və U-21 yığmalarımızın formasını geyinmiş Abdulla A millimizdə də bir oyun keçirib. O, ötən ilin 27 mayında baş tutan Azərbaycan - ABŞ matçında 71 dəqiqə oynayıb.
Fanat.az