A Seriyası: "Yuventus"dan darmadağın, Milan klublarından qələbə

A Seriyası: "Yuventus"dan darmadağın, Milan klublarından qələbə

İtaliya A Seriyasında 15-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

“Roma” öz meydanında “Torino” ilə heç-heçə edib. 

“Montsa” “Salernitana”nı darmadağınla yola salıb, “Verona” evdə “Spetsiya”ya uduzub. 

"İnter"in səfərdə “Atalanta”nı üstələdiyi gecədə “Milan” “Fiorentina” ilə ev oyunundan qalib ayrılıb. “Yuventus” isə “Latsio”nu 3 cavabsız qolla yenib.

15 turdan sonra 41 xala malik “Napoli” vahid liderdir. İkinci pillədəki “Milan”ın 33, üçüncü yerdəki “Yuventus”un 31 xalı var. “Latsio” və “İnter” 30, “Atalanta” və “Roma” 27 xal toplayıb.

A Seriyası

XV tur

13 noyabr 

Atalanta – İnter 2:3 Qollar: Lukman, 25. Palomino, 77 – Dzeko, 36; 56. Palomino, 61-öz qapısına.

Roma – Torino 1:1 Qollar: Matiç, 90+4 – Linetti, 55.

Montsa – Salernitana 3:0 Qollar: Auqusto, 24. Mota, 35. Pessina, 76-pen.

Verona – Spetsiya 1:2 Qollar: Verdi, 30 – Nzola, 53; 69.

Milan – Fiorentina 2:1 Qollar: Leao, 2. Milenkoviç, 90+2-öz qapısına – Barak, 28.

Yuventus – Latsio 3:0 Qollar: Kin, 43; 54. Milik, 90.

12 noyabr

Napoli - Udineze 3:2 Qollar: Osimxen, 15, Zelinski, 31, Elmas, 58 - Nestorovski, 79, Samarciç, 82. 

Sampdoriya - Leççe 0:2 Qollar: Kolombo, 45+1, Banda, 83. 

Bolonya - Sassuolo 3:0 Qollar: Ebişer, 30, Arnautoviç, 50., Ferqüsson, 78.

11 oktyabr

Empoli - Kremoneze 2:0 Qollar: Kambiaci, 46. Parisi, 88.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər