A Seriyası: "Milan"ı derbidə "kötəklədilər", "Atalanta" uddu

A Seriyası: "Milan"ı derbidə "kötəklədilər", "Atalanta" uddu
İtaliya A Seriyasında 23-cü turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
 
"Parma” – "Udineze” və "Benevento” – "Roma” matçları heç-heçə yekunlaşıb.
 
Maraqlı qarşılaşmalardan biri Berqamoda keçirilib. "Atalanta” burada "Napoli”nin müqavimətini qırmağa çalışıb. Altı qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Lider "İnter” əzəli rəqibi və çempionatdakı ən yaxın izləyicisi "Milan”ın qonağı olub. Nominal qonaqlar Milan derbisində darmadağına sevinib.
 
İtaliya A Seriyası
23-cü tur
19 fevral
 
Fiorentina – Spetsiya 3:0
Qollar: Vlahoviç, 48. Kastrovilli, 64. Eysserik, 82.
 
Kalyari – Torino 0:1
Qol: Bremer, 76.
 
20 fevral
 
Latsio – Sampdoriya 1:0
Qol: L.Alberto, 24.
 
Cenoa – Verona 2:2
Qollar: Şomurodov, 48. Badel, 90+4 – İliç, 17. Faraoni, 61.
 
Sassuolo – Bolonya 1:1
Qollar: Kaputo, 52 – Soriano, 17.
 
21 fevral
 
Parma – Udineze 2:2
Qollar: Kornelius, 3. Kuçka, 32-pen – Okaka, 64. Naytink, 80.
 
Milan – İnter 0:3
Qollar: L.Martines, 5; 57. Lukaku, 66.
 
Atalanta – Napoli 4:2
Qollar: Sapata, 52. Qosens, 64. Muriel, 71. Romero, 79 – Zelinski, 58. Qosens, 76-öz qapısına.
 
Benevento – Roma 0:0
 
22 fevral
 
23:45 Yuventus – Krotone
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər