Bu gün İtaliya A Seriyasında 2021/22 mövsümünə yekun vurulur.
Fanat.Az xəbər verir ki, turnirin qalibi son turun matçlarından sonra bilinib. Turnir cədvəlinin lideri "Milan" 38-ci turda "Sassuolo"nun qonağı olub. "Qırmızı-qaralar" bu görüşdə 3:0 hesabı ilə qalib gəlməklə çempion adını qazanıb. 2-ci pillədə olan "İnter" isə son turda "Sampdoriya"nı 3 cavabsız qolla məğlub edib. Beləliklə, "Milan" 11 illik fasilədən sonra yenidən çempion olub. Komanda sonuncu dəfə 2010/11 mövsümündə qızıl medalları əldə etmişdi. Bu, "Milan"ın ümumilikdə 19-cu çempionluğudur. İtaliya A Seriyası 38-ci tur 22 may İnter - Sampdoriya 3:0 Qollar: Perişiç, 49, Korrea, 55; 57. Sassuolo - Milan 0:3 Qollar: Jiru, 17, 32, Kessie, 36.