A Seriyası: Lider də səfərdə qazandı, "Milan" da

A Seriyası: Lider də səfərdə qazandı, "Milan" da

Futbol üzrə İtaliya A Seriyasında bu gün VII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə altı görüş reallaşıb.   “Bolonya” evdə “Latsio”nu, “Verona” isə “Spetsiya”nı meydana çıxdığına peşman edibsə, bol qollu “Sampdoriya” – “Udineze” qarşılaşması heç-heçə bitib.   “Roma” öz meydanında “Empoli”dən üstün olub. Bu mövsüm yenilgi tanımayan lider - “Napoli” Florensiyada “Fiorentina”nı məğlubiyyətə uğradaraq ardıcıl 7-ci qələbəsini qazanıb.   Liderin ən yaxın izləyicisi “Milan” isə Berqamoda  “Atalanta”nın qonağı olub. Beş qolun vurulduğu matçda qonaqlar qalib gəlib.

İtaliya A Seriyası VII tur

3 oktyabr 

Bolonya – Latsio 3:0 Qollar: Barrou, 14. Teate, 17. Hiki, 68.   Sampdoriya – Udineze 3:3 Qollar: Larsen, 24-öz qapısına. Kvalyarella, 48-pen. Kandreva, 69 – R.Pereyra, 15. Beto, 43. Forestyeri, 82.   Verona – Spetsiya 4:0 Qollar: Simeone, 4. Faraoni, 15. Kaprari, 42. Bessa, 71.   Roma – Empoli 2:0 Qollar: Pelleqrini, 42. Mxitaryan, 48.   Fiorentina – Napoli 1:2 Qollar: Martines, 28 – Lozano, 39. Rahmani, 50.   Atalanta – Milan 2:3 Qollar: Sapata, 86-pen. Paşaliç, 90+3 – Kalabriya, 1. Tonali, 43. Leao, 78.

2 oktyabr 

17:00. Salernitana - Cenoa 1:0 Qol: Curiç, 66

20:00. Torino - Yuventus 0:1 Qol: Lokatelli, 86

22:45. Sassuolo - İnter 1:2 Qollar: Berardi, 22-pen – Dzeko, 58. L.Martines, 78-pen.

1 oktyabr 

22:45. Kalyari - Venetsiya 1:1  Qollar: Balde, 19 - Busio, 90+1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər