AÇ: Daha iki Azərbaycan cüdoçusu medal qazana bilər

AÇ: Daha iki Azərbaycan cüdoçusu medal qazana bilər

Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında  bürünc medal qazana bilər.

Fanat.Az xəbər verir ki, yarımfinalda uduzan təmsilçilərimiz -  Murad Fətiyev və Zelim Tçkayev (hər ikisi 81 kq) üçüncü yer uğrunda görüşdə mübarizə aparacaqlar.

Daha öncə Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər