AÇ: Azərbaycan yığmasından 2 qızıl medal

AÇ: Azərbaycan yığmasından 2 qızıl medal

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında 2 qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, idmançılarımız çoxnövçülük proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, həmçinin, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü Avropa çempionu olub.

Xatırladaq ki, bu gün Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) qitə birinciliyində gümüş medala yiyələnmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər