AÇ-2024:İsveçrə 1/8 finalda, Macarıstan 90+10-da güldü

AÇ-2024:İsveçrə 1/8 finalda, Macarıstan 90+10-da güldü

Bu gün Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turu start  götürüb.

Fanat.Az xəbər verir ki, ilk olaraq A qrupunda iki görüş reallaşıb.

Hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayıb.

1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb və yenilgidən sonda qurtulub.

Şotlandiya isə Macarıstanla üz-üzə gəlib. Tərəflərin duelində yeganə qol 90+10-cu dəqiqədə vurulub.

Beləliklə, İsveçrə də 1/8 finala yüksəlib. 

23 iyun

AÇ-2024

A qrupu

 İsveçrə - Almaniya 1:1

Qollar: Ndoye, 28 - Füllkruq, 90+2.

Baş hakim: Daniele Orsato (İtaliya) Frankfurt, "Valdştadion".

 Şotlandiya - Macarıstan 0:1

Qol: Çobot, 90+10.

Baş hakim: Fakundo Telyo (Argentina) Ştutqart, "MHP Arena" stadionu.

Xal durumu: Almaniya - 7, İsveçrə - 5, Macarıstan -3,  Şotlandiya - 1.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər