8 olimpiya mükafatçısı Bakıya gəlir

8 olimpiya mükafatçısı Bakıya gəlir
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb.
Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 16-17 fevralda baş tutacaq yarışda 31 ölkədən 200-ə yaxın idmançı iştirak edəcək. 
Onların arasında 8 olimpiya mükafaçısı da var. Bunlar belaruslu Vladislav Qonçarov, kanadalılar - Rosannah Maklennan, Burinet Ceyson, çinlilər - Donq Donq, Gao Ley, britaniyalı Brioni Peyc, rusiyalı Dmitri Uşakov, avstraliyalı Vizani Bennidi.
2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda belaruslu Aleh Rabstau, rusiyalı Yana Pavlova, avstriyalı Dominik Klarke, fransalı Allan Morante kimi tanınmış idmançılar da mübarizə aparacaq.
Dünya Kuboku Milli Gimnastika Arenasında keçiriləcək.
Qeyd edək ki, 2019 və 2020-ci illərdə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku keçiriləcək. Azərbaycanbu kuboklardan ikisinə ev sahibliyi edəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər