5-ci ölkə derbisi - Çempionlar Liqası

5-ci ölkə derbisi - Çempionlar Liqası
Bu gün Çempionlar Liqasının final matçı baş tutacaq və bununla da Avropada futbol mövsümü rəsmən başa çatacaq. Fanat.az xəbər verir ki, qitənin birnömrəli klub turnirinin həlledici matçında İspaniyanın iki klubu - "Real" və "Atletiko" qarşı-qarşıya gələcək. Bu eyni ölkənin iki klubu arasında baş tutan 5-ci final olacaq.
1999/00 mövsümü
Real - Valensiya 3:0
Qollar: Fernando Moryentes, Stiv Makmanaman, Raul Qonzales 
Eyni ölkənin iki təmsmlçisi ilk dəfə 1999/2000 mövsümündə qarşılaşmışdı. İndi olduğu kimi həmin vaxtda da ispan finalı baş tutub. Sadəcə o vaxt "Real"ın rəqibi "Atletiko" yox, "Valensiya" olmuşdu. "Kral Klubu" 3:0 hesablı qələbə qazanaraq kuboku başı üzərinə qaldırmışdı.
2002/03 mövsümü
Milan (İtaliya) - Yuventus 0:0 (penalti - 3:2)
2002/03 mövsümündə 4 yarımfinalçının 3-ü İtaliyanı təmsil edirdi. Nəticədə iki italyan komandası - "Milan"la "Yuventus" finala vəsiqə qazandı. Bir-birilərini çox yaxşı tanıyan iki komandanın qarşılaşması qolsuz bərabərliklə tamamlandı. Penalti seriyasında isə "Milan" A Seriyasındakı rəqibini 3:2 hesabı ilə üstələdi. "Milan"dan Klarense Zeedorf və Kaxa Kaladze, "Yuventus"dan David Trezege, Marselo Zalayeta və Paolo Montero penalti şansını boşa verdi.
2007/08 mövsümü
Mançester Yunayted - Çelsi 1:1 (penalti - 6:5)
Qollar: Kriştiano Ronaldo - Frank Lempard.
Bu dəfə 4 yarımfinalçıdan 3-ü İngiltərə təmsilçisi idi. Moskvadakı finala Aleks Ferqyusonun Ronaldolu "Mançester Yunayted"i ilə "Çelsi" vəsiqə qazandı. Hesabı gözəl baş qolu ilə Ronaldo açsa da, Lempard bərabərliyi təmin etdi. Qırmızı vərəqə alan Didye Droqba komandasını azlıqda qoydu. Olduqca çətin hava şəraitində keçən matçın əsas və əlavə vaxtı 1:1 hesalı başa çatdığından qalib penalti seriyasında müəyyənləşdi. Bu zaman daha dəqiq olan "Mançester Yunayted" dramatik finalın qalibi oldu. Con Terrinin qeyri-dəqiq zərbəsi "Çelsi"ni kubokdan etdi.
2012/13 mövsümü
Bavariya - Borussiya Dortmund 2:1
Qollar: Aryen Robben (2) - İlkay Gündoğan.
"Bavariya"nın "Barselona"nı böyük hesabla yenərək, "Borussiya" "Real"ı mübarizədən kənarlaşdıraraq finala çıxmışdı. Maraqlı idman mübarizəsinə səhnə olan matçda Aryen Robbenin iki qoluna İlkay Gündoğan penaltidən cavab verdi və "Bavariya" 2:1 hesablı qələbə ilə kuboka sahib çıxdı.
2013/14 mövsümü
Real - Atletiko
"Atletiko" möhtəşəm keçən mövsümü La Liqada çempion olmaqla bəzədi. İndi hədəf 40 ildən sonra çıxdıqları finalda qələbə qazanaraq ilk dəfə Çempionlar Liqasını qazanmaqdı. "Real" isə 12 ildən sonra yüksəldiyi finalı qazanmaqla 12 illik həsrətinə son qoymaq istəyir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər