40 ölkənin cüdoçuları Bakıya gəlməyə hazırlaşır

40 ölkənin cüdoçuları Bakıya gəlməyə hazırlaşır

Noyabrın 4-6-da Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.

Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, nüfuzlu yarışda iştirak üçün bu günədək 40 ölkədən 221 idmançı qeydiyyata alınıb.

Onların arasında dünya və qitə çempionları, Yay Olimpiya Oyunlarının mükafatçıları var.

Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si ilin təqvimində sondan əvvəlki analoji yarışdır. Sonuncu "Böyük Dəbilqə" 3-4 dekabrda Tokioda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər