4 qələbə Azərbaycana nə verdi?

4 qələbə Azərbaycana nə verdi?

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın əmsallar cədvəlində müəyyən dəyişikliklər olub. Fanat.Az xəbər verir ki, ölkəmiz mövqeyində qalsa da, özündən irəlidəki rəqiblərinə yaxınlaşıb.

 

 “Zirə” rəqib meydanında Lüksemburq “Differdanj”ını 2:1, “İnter” “doğma divarlar” arasında “Mladost”u 2:0 hesabıyla üstələyib. Təmsilçilərimizin bu qələbələri  Azərbaycanın adının önünə daha 0,500 əmsal yazılmasını şərtləndirib. Beləliklə, itkisiz irəliləyən klublarımızın qazancı 1,000-ə çatıb.

 

4 oyuna 4 qələbə sayəsində son 5 mövsümü əhatə edən əmsalımız 15,750-yə qalxıb. Azərbaycan yenə 23-cü pillədədi. Belarus və Bolqarıstanla aradakı fərqin 0,250-yə düşməsi isə ümidləndirici məqamdı.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər