3-ü televiziyada, 2-si internetdə

3-ü televiziyada, 2-si internetdə

Topaz Premyer Liqasının XI turunun 3 oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, qarşılaşmaları "İdman Azərbaycan" və Az.TV kanalları efirə verəcək.

"İdman Azərbaycan" əvvəlcə saat 15.30-da başlayacaq "Qəbələ" - "Bakı", ardınca isə 19.30-da start götürəcək "Qarabağ" - "Araz Naxçıvan" qarşılaşmalarını yayımlayacaq.

Az.TV isə "Neftçi" - AZAL matçını efirə verəcək. Oyun saat 17.15-də start götürəcək.

Digər 2 matçı da izləmək mümkün olacaq. Belə ki "Sumqayıt" - "İnter" oyunu qonaqların, "Xəzər Lənkəran" - "Simurq" görüşünü hər iki klubun rəsmi saytı yayımlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər