3 qat Azərbaycan çempionu "Şəmkir"də

3 qat Azərbaycan çempionu "Şəmkir"də

Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan "Şəmkir" heyətini gücləndirməkdə davam edir. 

Fanat.Az xəbər verir ki, bu məqsədlə tək futbolçular deyil, komandaya təcrübəli məşqçilər də dəvət olunur. 

3 qat Azərbaycan çempionunun budəfəki hədəfi "Şəmkir"lə iki dəfə çempionluq sevinci yaşamış Rauf Mehdiyev olub. Bir vaxtlar "Şəmkir"in tarixi uğurlarında payı olan Mehdiyev "Şəmkir" klubunun sex izle qapıçılar üzrə məşqçisi təyin olunub. Azərbaycan millisinin də şərəfini qorumuş Mehdiyevlə dünən müqavilə imzalanıb.

Qeyd edək ki, Rauf Mehdiyev karyerası ərzində "Neftçi", "Fərid" (Bakı), MOİK, "Şəmkir", "Qarabağ", "Bakı", "Olimpik" (indiki AZAL), "Simurq" və "Karvan"da çıxış edib. 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər