3 futbolçu rəsmən "İnter"dən getdi

3 futbolçu rəsmən "İnter"dən getdi

Bakı "İnter"i 3 futbolçunun komandanı tərk etdiyini təsdiqləyib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, qapıçılara Kamran Ağayev, Elşən Poladov və hücumçu Vüqar Nadirovla müqavilələrin müddəti uzadılmayıb. "İnter" futbolçulara təşəkkür edib və uğurlar arzulayıb.

Qış fasiləsində "İnter"ə keçən Kamran Ağayev 12 oyunda komandanın qapısını qoruyub. Onun kimi qışda Bakı klubu idə anlaşan Vüqar Nadirov 17 matçda 2 qola imza atıb. 39 yaşlı Elşən Poladov isə cəmi 9 rəsmi matçda meydana çıxıb.

Qeyd edək ki, Laşa Kasradze, Laşa Salukvadze və Yuri Fomenkonun da "İnter"dən ayrıldığı deyilir. 6 futbolçunun transfer edən "bankirlər" 10 oyunçunun müqaviləsini uzadıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər