28 cüdoçumuz sabahdan Çexiyada mübarizəyə başlayır

28 cüdoçumuz sabahdan Çexiyada mübarizəyə başlayır

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin aprelin 8-də Çexiyanın Teplitse şəhərində start götürəcək Avropa Kuboku üçün heyəti açıqlanıb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, 2 gün davam edəcək yarışda ölkə 14 çəki dərəsində 20 oğlan və 8 qız idmançı ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət kollektivin məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və gənc qızlardan ibarət millinin məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

İdmançılar 10-11 apreldə isə Teplitsedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının "B" kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

Qızlar

40 kq Xədicə Abdullayeva

44 kq Məryəm Bayramzadə

48 kq Vüsalə Hacıyeva Fəridə Mirzəyeva

52 kq Xədicə Qədəşova Aytən Verdiyeva

57 kq Fidan Qasımova

63 kq Kamilla Toholiyeva

Oğlanlar

50 kq Rəsul Əliyev

55 kq Mirxaliq İskəndərov Fərid Qarayev Həsən Həsənli Ayxan Mirzəzadə

60 kq Xanəhməd Şərifov Məhəmməd Musayev

66 kq Murad Allahverdiyev Mehdi Cəfərov Səid Şərifov Emil Hüseynzadə Əbil Yusubov

73 kq Süleyman Şükürov Mehdi Abbasov Allahverdi Səmədov

81 kq Aslan Kotsoyev Əli Qazıməmmədov Hüseyn Eyvazlı

90 kq Tuncay Şamil

+90 kq Ramazan Əhmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər