2024-cü il Olimpiya Oyunları da Bakıda keçirilə bilər

2024-cü il Olimpiya Oyunları da Bakıda keçirilə bilər

"Böyük idman tədbirlərinin keçirilməsi özlüyündə olimpiya oyunlarına aparan yoldu". Fanat.az xəbər verir ki. bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib. 

Nazirin sözlərinə görə, Azərbaycan 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarına iddia edib: "Avropa Oyunları da ölkəmizin hazırlığını göstərmək üçün yaxşı fürsətdi. Bildiyiniz kimi, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəyik. Şahmat Olimpiadasını yüksək səviyyədə keçirməyə çalışacağıq. Azərbaycanda "Formula 1" yarışı da keçiriləcək. 

İslam Həmrəylik Oyunları, 2020 Futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkənin müxtəlif sahələr üzrə hazırlığı nümayiş etdirməsi üçün yaxşı fürsətdi. Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə bağlı da məsələ var, yekun qərarı dövlət başçısı verəcək. 

Sentyabrın 15-dək vaxtımız var ki, vəziyyəti dəyərləndirək. Bundan sonra qərar veriləcək, hələlik qərar yoxdu".//APA

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər