AFFA cəzaları yağdırdı

AFFA cəzaları yağdırdı
AFFA-nın İntizam Komitəsinin bu gün keçirdiyi iclas da I Divizionun XXIV turunda keçirilən görüşlər müzakirə olunub. 
Fanat.Az qərarlarla sizi tanış edir:
"Sumqayıt-2” – "Zaqatala” oyununda "Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Oyundan sonra "Sumqayıt-2” klubunun 88 nömrəli futbolçusu Cavid Quliyev "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;
Oyundan sonra "Zaqatala” klubunun 4 nömrəli futbolçusu Kənan Müslümov "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur;
Oyundan sonra "Zaqatala” klubunun 15 nömrəli futbolçusu Firuddin Mövsümov "aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur;
"Sumqayıt-2” – "Zaqatala” oyununda diktor əsasnamə tələblərini yerinə yetirmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
"Sabah-2” – "Keşlə-2” oyununda görüş öncəsi "Keşlə-2” klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunur;
"Turan Tovuz” – "Neftçi-2” oyununda görüş öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;
"Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
"Qaradağ Lökbatan”  – "Sabah-2” oyununda "Qaradağ Lökbatan” klubunun 16 nömrəli futbolçusu Cavid Nəcizadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
"Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
"Qaradağ Lökbatan”  – "Sabah-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər