Çempionlar Liqası: Finalın ən yaxşısı adına namizədlər

Çempionlar Liqası: Finalın ən yaxşısı adına namizədlər
Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlanıb. 
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 
Siyahıda  Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer, yarımmüdafiəçiləri Kinqsli Koman ilə Tiaqu Alkantara və Fransa PSJ-sindən Markinyosu adı qeyd olunub.
Alkantara həlledici qarşılaşmada 92 faiz dəqiq ötürmə verib, Manuel Noyer isə komandasını 3 dəfə real qoldan xilas edib. Münhen təmsilçisinin qolunu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Markinyos isə 81 faiz dəqiq ötürmə ilə yadda qalıb və 4 dəfə topu rəqibdən alıb. 
Qeyd edək ki, "Bavariya" finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edərək 6-cı dəfə kubokun qalibi olub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər