Bu gün Topaz Premyer Liqasında XVI tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk günündə iki duel reallaşıb.
İlk görüş "Əlincə Arena”da baş tutub. Çempionatın debütantı "Sabah” öz meydanında "Qəbələ”yə minimal hesabla uduzub və "qırmızı-qaralar"la turnir cədvəlindəki yerini dəyişib.
İlk oyun günü Sumqayıtda yekunlaşıb. "Kimyaçılar" "Qarabağ”ı qəbul edib. Birinci hissədə hesabı Ozobiçlə açan ağdamlılar ikinci yarının sonlarına yaxın Bədavi ilə üstünlüyünü artırıb. Görüş elə bu hesabla yekunlaşıb. Nəticədə Qurban Qurbanovun komandası liderlə xal fərqini ən azı 1 günlük bərabərləşdirib.
Qeyd edək ki, sabah "Neftçi" "Keşlə"ni, "Səbail" "Zirə"ni qəbul edəcək.
Topaz Premyer Liqası
XVI tur
9 fevral (şənbə) "Sabah” – "Qəbələ” 0:1
Qol: Rauf Əliyev, 31;
Qırmızı vərəqə: Marko Deviç, 45+1 (ikinci sarı) Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Erkin Hüseynov "Əlincə Arena”
"Sabah”: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 22. Miloş Bosançiç, 9. Marko Deviç, 11. Elgün Nəbiyev Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 8. Elşən Abdullayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 97. Emil Qasımov, 77. Şakir Seyidov Baş məşqçi: Elşad Əhmədov
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev Ehtiyat oyunçular:1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 77. Samir Qurbanov Baş məşqçi: Zaur Həşimov
"Sumqayıt” – "Qarabağ” 0:2
Qol: Filip Ozobiç, 20; Bədavi Hüseynov, 81 Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Əsgər Əmirəliyev "Kapital Bank Arena”
"Sumqayıt”: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 10. Aleksey İsayev, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 60. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 15. Əmir Ağayev, 9. Ehtiram Şahverdiyev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
"Qarabağ”: 13. Vaqner da Silva, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Qerye, 19. Filip Ozobiç, 10. Dani Kintana, 7. İnnosent Emeqara, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 6. Simeon Slavçev, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 70. Nicat Süleymanov
Baş məşqçi: Qurban Qurbanov
|
1 |
Neftçi |
15 |
10 |
4 |
1 |
27-11 |
34 |
|
2 |
Qarabağ |
16 |
10 |
4 |
2 |
35-15 |
34 |
|
3 |
Səbail |
15 |
7 |
3 |
5 |
19-14 |
24 |
|
4 |
Qəbələ |
16 |
6 |
5 |
5 |
19-18 |
23 |
|
5 |
Sabah |
16 |
6 |
2 |
8 |
14-21 |
20 |
|
6 |
Sumqayıt |
16 |
4 |
3 |
9 |
13-23 |
15 |
|
7 |
Keşlə |
15 |
3 |
3 |
9 |
16-26 |
12 |
|
8 |
Zirə |
15 |
2 |
4 |
9 |
12-27 |
10 |
Bombardirlər: Baqali Dabo (Neftçi), Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah), - 7. Mirabdulla Abbasov (Neftçi) - 6.
Fanat.Az