"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliyanın məşhur "Correire dello Sport" qəzeti məlumat yayıb.
Bildirilir ki, Antonio Konte ilə yollarını ayırmağa hazırlaşan "Çelsi" "Napoli"dən istefa verən Maurizio Sarri ilə anlaşıb.
Qeyd edək ki, 2016-cı ildən "Çelsi"yə başçılıq edən Konte 2016/17 mövsümündə Premyer Liqa çempionluğunu, 2017/18 mövsümündə Federasiya Kubokunu qazanıb. London klubu başa çatan mövsümdə Premyer Liqada 5-i pilləni tutaran Çempionlar Liqasından kənarda qalıb və Avropa Liqasında iştirak hüququ əldə edib.
Maurizio Sarri isə 2015-2018-ci illərdə çalışdırdığı "Napoli" başa çatan mövsümdə A Seriyasının gümüş medallarını qazanaraq Çempionlar Liqasına qatılmaq hüququna sahib çıxıb.
Fanat.Az