"Çelsi"nin yeni baş məşqçisi açıqlandı

"Çelsi"nin yeni baş məşqçisi açıqlandı
"Çelsi" Antoine Konte ilə yollarını ayırır.
Fanat.Az xəbər verir ki, artıq klubun sahibi Roman Abramoviç italyan mütəxəssislə bağlı yekun qərarını verib.
"Daily Express"in məlumatına görə, onun istefası tezliklə açıqlanacaq və "Çelsi"nin yeni baş məşqçisi Luis Enrike olacaq.
Qeyd edək ki, Luis Enrikenin son iş yeri "Barselona" olub. O, 2014-2017-ci illərdə Kataloniya klubunu çalışdırıb. 48 yaşlı mütəxəssis əvvəllər "Barselona"nın B komandasına, "Roma" və "Selta"ya başçılıq edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər