Azərbaycanla Ermənistan eyni qrupda

Azərbaycanla Ermənistan eyni qrupda
Basketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb.
Fanat.Az-ın Beynəlxalq Basketbol Federasiyasının  rəsmi saytına istinadən yaydığı xəbərə görə, Almaniyanın Frayzinq şəhərində keçirilən mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.
C divizionunda yer alan U-16 millisi Avstriya, Ermənistan, San Marino, Albaniya və Moldova ilə birgə A qrupuna düşüb. Bu qrupun oyunları 3 - 11 iyulda San Marinonun Serravalle şəhərində keçiriləcək.
B divizonunda qərarlaşan U-18 yığması B qrupunda Belçika, Macarıstan, Gürcüstan, Estoniya və Avstriya ilə birgə 27 iyul - 5 avqustda Makedoniyanın paytaxtı Skopyedə mübarizə aparacaq.
20 yaşadək basketbolçulardan ibarət yığmamız da B divizionunda mübarizə aparacaq. Tahir Baxşiyevin rəhbərlik etdiyi komanda iyulun 13-22-də Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yarışın A qrupunda oynayacaq. Basketbolçularımız Latviya, Belçika və Makedoniya ilə üz-üzə gələcəklər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər