“İnter”də 3 itki

“İnter”də 3 itki

Bu gün Qəbələdə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununa çıxacaq “İnter” 3 futbolçusunu oynada bilməyəcək. Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, zədəli qapıçı Səlahət Ağayevlə yanaşı, müdafiəçi Tərlan Quliyev də meydana çıxmayacaq.

Tərlan sarı vərəqə limitini doldurub. “Qəbələ”dən Bakıda aldığı 1:3 hesablı yenilginin əvəzini çıxmaq istəyən “ağ-göylər”in çalışdırıcısı Zaur Svanadze Abbas Hüseynovun da xidmətindən məhrumdu. Bir müddət öncə xəstələnən Abbas hələ də formasını bərpa etməyib. Məşqlərdə normal iştirak etməyən Hüseynovun köməyinə ehtiyac duyulmayacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər