Azərbaycanlı futbolçu Almaniyada qol vurdu

Azərbaycanlı futbolçu Almaniyada qol vurdu
Almaniyada Niderhayn Regional Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi "Duysburq" "TuRU Düsseldorf"la qarşılaşıb. 
Oyun "Duysburq"un 6:0 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətdə başlayan və 90 dəqiqə meydanda olan Erat qarşılaşmada ilk qolu vuran futbolçu olub. O, ikinci qolda da məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qələbə Eratın komandasını yarımfinala çıxarıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər