Bakı klubunun baş məşqçisi istefa verdi

Bakı klubunun baş məşqçisi istefa verdi
Azərbaycanın I divizionunda baş məşqçi istefası reallaşıb. Fanat.Az xəbər verir ki, Müşfiq Qəmbərov MOİK-i tərk edib.
Buna səbəb komandanın ardıcıl iki məğlubiyyəti olub. Bu gün VIII turun oyununda "Şərurspor"a uduzan ordu klubunun baş məşqçisi istefa verib.
Qeyd edək ki, MOİK 8 turda 4 qələbə qazanıb, 1 heç-heçə edib, 3 dəfə məğlub olub və 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər