Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları müəyyənləşib. Fanat.Az "Transfermarkt"a istinadən xəbər verir ki, 18 futbolçunun arasında yalnız bir yerli oyunçu - "Qarabağ"dan Qara Qarayev yer alıb.
Ən bahıl "18-lik"də "Qarabağ"ın 8, "Qəbələ"nin 7 futbolçusu qərarlaşıb. Qalan 3 futbolçudan 2-si "Neftçi"ni, 1-i "Kəpəz"i təmsil edir.
Çempionatın ən dəyərli futbolçuları "Qarabağ"dan Riçard Almeyda və "Qəbələ"dən Vitali Vernidubdu. Onlara 1,2 milyon avro qiymət qoyulub. Digər iki "Qarabağ"lının Reynaldo Silva və Migel Maderanın 1 milyon avro dəyəri var.
| № | Futbolçu (klub) | Dəyəri (avro) |
| 1 | Riçard Almeyda (Qarabağ) | 1.200.000 |
| 2 | Vitali Vernidub (Qəbələ) | 1.200.000 |
| 3 | Reynaldı Silva (Qarabağ) | 1.000.000 |
| 4 | Migel Madera (Qarabağ) | 1.000.000 |
| 5 | İbrahim Şehiç (Qarabağ) | 800.000 |
| 6 | Dani Kintana (Qarabağ) | 800.000 |
| 7 | Filip Ozobiç (Qəbələ) | 800.000 |
| 8 | Sergey Zenyov (Qəbələ) | 800.000 |
| 9 | Əl Hərbi Əl Jadeyui (Qarabağ) | 750.000 |
| 10 | Dmitri Bezotosnı (Qəbələ) | 750.000 |
| 11 | Vençe Şikov (Neftçi) | 750.000 |
| 12 | Dino Ndlovu (Qarabağ) | 700.000 |
| 13 | Voyislav Stankoviç (Qəbələ) | 600.000 |
| 14 | Teo Uiks Luis (Qəbələ) | 600.000 |
| 15 | Qara Qarayev (Qarabağ) | 500.000 |
| 16 | Rikardinyo (Qəbələ) | 500.000 |
| 17 | Dario Melnyak (Neftçi) | 500.000 |
| 18 | Serginyo (Kəpəz) | 500.000 |
Fanat.Az