AFFA İntizam Komitəsi mövsümün ilk cəzalarını açıqlayıb. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedici heyətlərin çempionatının I turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
İntizam Komitəsi AZAL-la oyunun 36-cı dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulan "Neftçi"nin futbolçusu Jario Rodriguesi 1 oyunluq cəzalandırıb, klubu 200 manat cərimə edib. Eyni dəqiqədə rəqibi itələdiyinə görə birbaşa qırmızı vərəqə alan AZAL-ın futbolçusu Ruslan Nəsirlinin cəzası isə 2 oyun olub. Klub buna görə 1600 manat cərimələnib.
"İnter" "Qarabağ"la oyunda 5 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimələnib.
AZAL-ın əvəzedici komandasının üzvü Səbuhi Əliyev "Neftçi" ilə oyunun 81-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Buna görə, futbolçu 2 oyunluq cəzalanıb, klub 800 manat cərimə edilib.
Fanat.Az