Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə qeydə alınan nəticələrə görə pley-offa yüksələn 5 komandanın adına aydınlıq gəlib.
Ən maraqlı nəticə isə İrlandiyada qeydə alınıb. Belə ki, BATE-ni 3:0 hesabı ilə darmadağın edən yerli "Dundalk" rəqibini mübarizədən kənarlaşdıraraq adını pley-offa yazdırıb.
2 avqust
Çempionlar Liqası
III təsnifat mərhələsinin cavab oyunları
"Qarabağ” (Azərbaycan) - "Viktoriya” (Çexiya) 1:1
İlk oyun - 0:0
Qollar: Muarem 38 (1:0), Krmençik 85 (1:1)
APOEL (Kipr) - "Rosenborq” (Norveç) 3:0
İlk oyun - 1:2
Qollar: Gianniotas 90+1 (1:0), Vander 90+6 (2:0), De Vincenti 90+9 (3:0)
"Dinamo” (Tbilisi, Gürcüstan) - "Dinamo” (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun - 0:2
Qol: Roq 8 (0:1)
"Srvena Zvezda” (Serbiya) - "Ludoqorets” (Bolqarıstan) 2:4 (Əlavə vaxtda)
İlk oyun - 2:2
Qollar: Donald 17 (1:0), Kafu 24 (1:1), Vanderson 40 (1:2), İbanez 62 (2:2), Vanderson 92 (2:3); 97 (2:4)
"Dundalk” (İrlandiya) - BATE (Belarus) 3:0
İlk oyun - 0:1
Qollar: McMillan 44 (1:0), 59 (2:0), Benson 90 (3:0)