Çempionlar Liqasında 2015/16 mövsümünün simvolik komandası açıqlanıb. Fanat.az UEFA-nınn rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssislərdən ibarət texniki heyət 18 oyunçunun adını müəyyənləşdirib.
Aleks Ferqyuson, Tomas Şaaf, Savo Miloşeviç, Devid Moyes, Mirça Luçesku, İoan Lupesru, Jean-Paul Brigger, Gines Melendez, Miksu Paatelainen və Peter Rudbaekdən ibarət texniki heyət finala qədər irəlilərən “Real” və “Atletiko”nun hərəsinin 6 üzvünü fərqləndirib.
Qapıçılar: Yan Oblak (“Atletiko”), Manuel Noyer (“Bavariya”).
Müdafiəçilər: Dieqo Qodin, Xuanfran (hər ikisi “Atletiko”), Tiaqo Silva (PSJ), Serxio Ramos, Marselo (hər ikisi “Real”).
Yarımmüdafiəçilər: Qabi, Koke (hər ikisi “Atletiko”), Andres İnyesta (“Barselona”), Toni Kroos, Luka Modriç (hər ikisi “Real”).
Hücumçular: Antuan Qrizmann (“Atletiko”), Luis Suares, Lionel Messi (hər ikisi “Barselona”), Robert Levandovski (“Bavariya”), Kriştianu Ronaldo, Qaret Beyl (hər ikisi “Real”).
Qeyd edək ki, finalda oyunsonrası penaltilər seriyası sayəsində "Atletiko" üzərində qələbə qazanan “Real” tarixində 11-ci dəfə Çempionlar Liqasının qalibi olub.

Fanat.az