"İnter"in zədəli futbolçularından YENİ XƏBƏR

"İnter"in zədəli futbolçularından YENİ XƏBƏR

Topaz Premyer Liqanın 27-ci turunda “Neftçi”ni qəbul edəcək Bakı "İnter"i bu oyunun hazırlıqlarını davam etdirir. 

Fanat.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komandanın zədəli futbolçusu Qara Qarayev növbəti görüşü buraxacaq. 

Fuad Bayramov və Laşa Salukvadze isə artıq komandayla məşq edir. Hər iki futbolçu "Neftçi" ilə matça çıxa biləcək.

Serbiyada müayinədən keçən komandanın kapitanı Nizami Hacıyev isə dünən vətənə qayıdıb. Həkimlər H.Nizamini "Neftçi" ilə matça hazırlayır. Komandayla birgə məşq edən Rauf Əliyev isə demək olarki artıq zədəsini tam bərpa etmək üzrədir. O, müəyyən vaxt çərçivəsində əvəzedici komandanın oyunlarında iştirak edəcək. Ə.Raufu aprel ayının ortalarından əsas komandanın matçlarında, yaşıl meydanlarda görmək mümkün olacaq.

Qeyd edək ki, martın 30-da “İnter Arena”da keçiriləcək “İnter” - “Neftçi” matçı saat 18.00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər