Bakı klubu "Ştutqart"ı darmadağın etdi

Bakı klubu "Ştutqart"ı darmadağın etdi

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin III turu davam edir. Fanat.az хəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Lokomotiv" Almaniya Bundesliqasının gümüş medalçısı “Ştutqart”ı qəbul edib.

 

Bakı klubu güclü rəqibi ilə oyunda asan qələbə qazanıb - 3:0. Quru hesablı qələbə “Lokomotiv”i müvəqqəti də olsa, 2-ci pilləyə yüksəldib. Lakin onların turu neçənci yerdə başa vuracağına sabah baş tutacaq “Dinamo” (Kazan, Rusiya) - “Azərreyl” (Azərbaycan) matçından sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, “Azərreyl” də “Ştutqart”ı Bakıda 3:0 hesabı ilə məğlub etmişdi.

 

Çempionlar Liqası

Qrup mərhələsi

A qrupu, III tur

25 noyabr

Lokomotiv (Azərbaycan) - Ştutqart (Almaniya) 3:0 (25:18; 25:17; 25:19)

Hakimlər: Nurper Özbar (Türkiyə), Viktor Kozlovski (Ukrayna).

Bakı. “Azərreyl” İdman Bazası.

№

Komanda

O

Q

M

S/F

X/F

X

1

Dinamo

2

2

0

6:1

173:149

6

2

Lokomotiv

3

2

1

7:4

262:232

6

3

Azərreyl

2

1

1

4:3

156:156

3

4

Ştutqart

3

0

3

0:9

171:225

0

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər